Aytən Süleymanova
İNTERAKTİV TƏLİM ÜSULLARI TƏHSİLİN OPTİMALLAŞDIRILMASINA TƏSİR EDƏN AMİL KİMİ
Xülasə. Məqalədə təhsilin optimallaşdırılması yolunda istifadə olunan yeni təlim
texnologiyalarının, xüsusilə interaktiv təlim üsullarının vacibliyi
vurğulanmışdır. İnteraktiv metodların təhsilin keyfiyyətinin, səmərəliliyinin,
tələbələrin yaradıcı düşüncələrinin, dünya görüşlərinin və əməkdaşlıq
bacarıqlarının inkişafında olan rolu və əhəmiyyəti izah olunmuşdur.
Açar sözlər: interaktiv təlim, təhsil keyfiyyəti, yaradıcı düşüncə, tələbə, müəllim