Adilə Nəzərova
MÖVLANƏ CƏLALƏDDİN RUMİNİN TƏHSİLƏ BAXIŞI VƏ YARADICILIĞINDA TƏRBİYƏ
MƏSƏLƏLƏRİ
Xülasə. Mövlanə Cəlaləddin
Rumi əsərlərində daha çox ədəb, tərbiyə məsələlərinə önəm vermiş, xüsusilə,
uşaqların təhsil boyu necə tərbiyə edilməsi lazım olduğunu, hansı mərhələlərdən
keçdiyini, müxtəlif yaşlarda ədəb və əxlaq ölçüsünü izah etmişdir. Mövlanənin
təhsil və tərbiyə anlayışında uşaqlar və gənclər də daxil olmaqla cəmiyyətin
bütün üzvlərinin üzləşdiyi böhran və çıxılmaz vəziyyətdən çıxmalarına kömək etmək
üçün ən böyük məsuliyyət pedaqoqun üzərinə düşür.
Açar sözlər: Rumi, təhsilə
baxış, yetkinlik, tərbiyə, istedad, müsbət dəyərlər, rübai