Əsmət İsmayılxanova

MƏKTƏBDƏNKƏNAR TƏRBİYƏ MÜƏSSİSƏLƏRİNDƏ ŞAGİRDLƏRİN EKOLOJİ TƏHSİL TƏRBİYƏSİNİN SİSTEMİ

Xülasə. Müəllif yazmış olduğu məqalədə hal-hazırda bütün bəşəriyyəti narahat edən ən qlobal prob­lem­lə bağlı məktəbdənkənar tərbiyə müəssisələrində şagirdlərin ekoloji təhsili üzrə aparılan işlərin sistemini ət­raflı işləmişdir. Müəllif qeyd edir ki, ətraf mühitdə istər təbii amillər, istərsə də insanların müdaxiləsi müx­tə­lif dəyişikliklərə səbəb olur ki, bu da həmin regionun həyat fəaliyyətinə əsaslı şəkildə təsir edir. Bildiyimiz kimi ətraf mühit, iqtisadiyyat, mədəniyyət və insan fəaliyyəti daima bir-biri ilə qarşılıqlı əlaqədə olduğu üçün bu həlqənin birində baş verən dəyişikliklər eyni dərəcədə digərlərinə də təsir göstərir. Bunun üçün ekoloji təh­silin verilməsi zərurəti aktuallıq kəsb edir. Ekoloji təhsil insanlardan ətraf mühiti qorumaqla bağlı özünü for­malaşdırmaq və mühüm qərarlar qəbul etmək təcrübəsini qarşıya qoyur və bunu onlardan tələb edir.

Açar sözlər. Ekoloji təhsil, iqtisadiyyat, mədəniyyət, texnologiya, kommunikativ, təbiətşünaslıq, məktəbdənkənar tərbiyə, zoopark, ekskursiya

Cild 91, №3 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI