Əliyənnağı Məhərrəmov
ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ
BİOLOGİYA DƏRSLƏRİNDƏ TƏLİM VƏZİFƏLƏRİNİN ƏLAQƏLİ ÖYRƏDİLMƏSİNİN SƏMƏRƏLİ
YOLLARI
Xülasə. Məqalədə
ümumtəhsil məktəblərində biologiya dərslərində təlim vəzifələrinin vəhdətdə öyrənilməsinin
səmərəli yolları təhlil edilir. Göstərilir ki, biologiya dərslərində təlimin üç
mühüm funksiyası yerinə yetirilir: təhsil vermək, şəxsiyyəti (şagirdi) tərbiyə
etmək və inkişaf etdirmək. Təlimin sadalanan bu funksiyaları bir-birindən tədric
olunmuş halda deyil, vəhdətdə həyata keçirilməlidir.
Məqalədə əsaslandırılır ki,
şagirdlərin tərbiyə mədəniyyətinin formalaşdırılmasında maariflənmə, inkişafetdirmə,
tərbiyəetmə, proqnozlaşdırma funksiyalarının vəhdətdə tətbiqi mühüm rol
oynayır.
Müəllim məktəbdə bioloji təhsilin
öyrədilməsi müddətində tərbiyəvi təlimin gedişini, elmi cəhətdən düzgün və
plana uyğun olaraq hər bir kursun tədrisində işləməlidir.
Açar sözlər: öyrədici, tərbiyəedici,
inkişafetdirici, tərbiyə, təlim, təfəkkür, anlayış, bilik, bacarıq, vərdiş