Xoşqədəm İbrahimova, Lamiyə Həmzəyeva
ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN BİOLOGİYA DƏRSLƏRİNDƏ MƏNTİQİ VƏ TƏNQİDİ TAPŞIRIQLARIN TƏTBİQİNƏ YÖNƏLMİŞ METODLARDAN İSTİFADƏNİN İMKANLARI
Xülasə. Müəllim tərəfindən
verilən tapşırıqların yerinə yetirilməsi məhz məntiqi təfəkkürün hesabına baş
verir. Tənqidi təfəkkürü lazımi səviyyədə formalaşmış şagird hər bir fakt və
hadisəni olduğu kimi görməkdən əlavə, ona hərtərəfli yanaşa, təhlil edə, qərar
verə, əsaslandırılmış münasibət ifadə edə bilər. Dərs prosesində müəllim mövzu
ilə əlaqədar elə tapşırıqlar qoymalıdır ki, şagirdlər mətni oxuduqdan sonra
onun məzmununu düzgün başa düşsünlər, xatırlasınlar və əldə etdikləri bilikləri
ümumiləşdirə bilsinlər. Müəllim sual və tapşırıqlar verməklə şagirdlərin təfəkkürünü
inkişaf etdirir, yaddaşları möhkəmləndirir.
Açar sözlər: məntiqi təfəkkür,
tənqidi təfəkkür, yaradıcı təfəkkür, məntiqi tapşırıqlar, tənqidi tapşırıqlar,
yaradıcı tapşırıqlar, bilik, bacarıq, vərdişlər, təlim