Mətanət Əliyeva
BİOLOGİYA DƏRSLƏRİNDƏ EKOLOJİ TƏRBİYƏ ÜZRƏ İŞLƏRİN TƏŞKİLİ
Xülasə. Müasir cəmiyyət gənc
nəslin ekoloji mədəniyyətinin, vətəninə məhəbbətin, təbiətin mühafizəsinin
tərbiyəsi kimi xüsusilə kəskin problemlə üzləşir. Biologiyanın öyrənilməsinə
tarix komponentinin tətbiqi və ekoloji layihələrin həyata keçirilməsi
məktəblilərin ekoloji maarifləndirilməsi və tərbiyəsi, onlarda yeni ekoloji
təfəkkürün formalaşması üçün səmərəli istiqamətlərdir. Hazırda bu problemə
istər ümumi təhsildə, istərsə də məktəbdənkənar tədbirlərdə xüsusi diqqət
yetirilməlidir.
Açar sözlər: biologiya, ekologiya, tərbiyə, maariflənmək, təhsil, məktəbdənkənar tədbir,
ekoloji təfəkkür.