Jalə Salmanova
PLÜRALİST YANAŞMA: FRANSIZ DİLİ FƏNNİNİN TƏDRİSİNDƏ QEYRİ-VERBAL ÜNSİYYƏT VƏ BƏDƏN DİLİ
Xülasə. Dillərə və mədəniyyətlərə
plüralist yanaşma xarici dilin tədrisində mühüm əhəmiyyət kəsb edir. Dillərə və
mədəniyyətlərə plüralist yanaşmanın əsas prioriteti dilöyrənənlər arasında ifadəli
öyrənməni dəstəkləməsidir. Odur ki, mədəniyyətlərarası kommunikasiyada bədən
dilini və qeyri-verbal ünsiyyəti öyrənmək ünsiyyətin digər elementlərini bilmək
qədər vacibdir. Bədən dili və qeyri verbal ünsiyyətin mədəniyyətlərarası
mühitdə tədrisi dildə səmərəli və düzgün ünsiyyəti təmin etməkdir. Beləliklə,
xarici dil dərslərində həmin dildə danışan insanların mədəniyyətlərinə xas ola
biləcək bədən dili xüsusiyyətlərinin ötürülməsi dilin səmərəli şəkildə mənimsənilməsində
mühüm rol oynayır.
Açar sözlər: plüralist
yanaşma, qeyri-verbal ünsiyyət, bədən dili, verbal ünsiyyət, tədris.