Cavahir Maçanova
LAYİHƏ ƏSASLI ÖYRƏNMƏNİN
XARİCİ DİL DƏRSLƏRİNƏ TƏTBİQİNİN ÜSTÜNLÜKLƏRİ
Xülasə. Layihə metodu, şagirdyönlü
metod olub, onların ehtiyac və qabiliyyətinə diqqət yetirilməsi zərurətini nəzərdə
tutur. Bu öyrənmə üsulu əməkdaşlıq və fəal iştirakı prinsiplərinə əsaslanır.
Xarici dilin tədrisində layihə metodundan istifadə şagirdlərə xarici dildən
idrak vasitəsi, öz fikirlərini ifadə etmək, başqa insanların fikirlərini
qavramaq və anlamaq üsulu kimi istifadə etməyə imkan verir. Bu, tələbələrin
diqqətini ifadə formasından məzmuna yönəltmək və ətraf aləmi xarici dil vasitəsilə
biliyə daxil etmək, beləliklə, sosial-mədəni səriştənin əhatə dairəsini genişləndirmək
üçün ən səmərəli üsuldur.
Açar
sözlər:
layihə metodu, xarici dil, şagird, təcrübə, tapşırıq, psixologiya, pedaqogika,
tədqiqat, fərziyyə, müəllim.