Ruqiyyə Babaşova, Sevinc Baxşıyeva
İBTİDAİ SİNİFLƏRDƏ NİTQ İNKİŞAFI METODİKASI VƏ FƏNDAXİLİ
İNTEQRASİYADAN İSTİFADƏ ÜSULLARI
Xülasə. Bugünkü qloballaşma, mədəniyyətlərarası proseslər dövründə, Azərbaycanın
beynəlxalq aləmə sıx inteqrasiyası şəraitində yüksək səviyyəli, savadlı şəxsiyyətlərin
yetişdirilməsi diqqət mərkəzində olmalıdır. Şəxsiyyətin formalaşmasında təhsilin
rolu danılmazdır. Odur ki, təhsilalanın qazandığı bilik və bacarıqların keyfiyyəti
yüksək səviyyədə tənzimlənməli, müasir dövrün tələblərinə cavab verməlidir.
Yaddan çıxarmaq olmaz ki, “təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin
etik-əxlaqi norma və dəyərlər hər bir təhsil alanın cəmiyyətin layiqli üzvü
olması üçün lazımi şərait yaradır, onun biliyi və etik davranışı sayəsində örnək
ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir”.
Açar sözlər: təhsil, fənlərarası inteqrasiya, fəndaxili inteqrasiya, nitq, bacarıq
və vərdişlər
