Cənanə Eminova

AUDİTORİYADANKƏNAR TƏDBİRLƏRDƏ TƏLƏBƏLƏRİN İDEYA-SİYASİ TƏRBİYƏSİNİ FORMALAŞDIRMAĞIN PSİXOLOJİ ƏSASLARI

Xülasə. Məqalədə ali məktəblərin auditoriyadankənar tədbirlərində tələbələrin ideya-siyasi tərbiyəsini for­malaşdırmağın psixoloji əsaslarının düzgün müəyyənləşdirilməsi məsələləri öz əksini tapır. Məqalədə tələ­bələrin ideya-siyasi tərbiyəsini formalaşdırmağa xidmət edən psixoloji əsasların ümumi sistemi haqqında mə­­lumat verilir. Məqalədə ideya-siyasi tərbiyə ilə bağlı əsil həqiqətlərin duyulması, qavranılması, hafizədə sax­lanılması, təxəyyül və təfəkkür süzgəcindən keçirilərək nitq vasitəsilə ideya-siyasi məzmunda əsas­lan­dı­rıl­ması ilə bağlı elmi ideyalar irəli sürülür. Məqalədə qavrayışın sabitlik, tamlıq, seçicilik, predmetlilik (əş­ya­vilik), appersevsiya (insanın əvvəlki təcrübəsinə əsaslanması) və mənalılıq kimi psixoloji xassələri haqqında da məlumat verilir.

Açar sözlər: auditoriyadankənar tədbirlər, tələbə təşkilatları, ideya-siyasi tərbiyə, psixoloji əsaslar, psixoloji xassələr, siyasi qabiliyyətlər, siyasi motivlər, maraq kursları, dövlət maraqları, dövlət rəhbərlərinə ehtiram

Cild 91, №3 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI