Lalə Məmmədova
EŞİTMƏ POZULMALARI OLAN UŞAQLARIN TƏHSİL FORMALARI ÜZRƏ İŞİN TƏŞKİLİ
Xülasə. Sağlamlıq
imkanları məhdud uşaqların korreksiya işlərinin həyata keçirilməsində nitq
mühüm əhəmiyyətə malikdir. Nitq və onun inkişafı təfəkkürün inkişafı ilə sıx
əlaqədardır. Kar və zəif eşidən uşaqlar ucun xüsusi məktəbəqədər müəssisələrdə
tədris -tərbiyə işlərinin gedişində nitqin, eşitmə qalığının inkişafına,
nitqin tələffüz tərəfinin formalaşdırılmasına xüsusi diqqət yetirilir. Eşitmə
pozulması olan uşaqlar ucun inteqrasiyanın ən məqbul formalarına: müvəqqəti,
kombinə edilmiş və tam inteqrasiya daxildir. Müvəqqəti inteqrasiya kütləvi
məktəblərdə kar uşaqlar ucun xüsusi siniflərin təşkilidir. Bu siniflərin
şagirdləri müəyyən nitq yükü az olan fənlərin tədrisində, məsələn, təsviri incəsənət,
əmək, bədən tərbiyəsi dərslərində, məktəbin sinifdənkənar tərbiyə işlərində
eşidənlərlə birgə iştirak edə bilirlər.
Açar sözlər: Sağlamlıq
imkanları, eşitmə pozulması, zəif eşidən, təhsil, təlim