Təranə Əkbəri
AZƏRBAYCANIN EKOLOJİ SİYASƏTİNİN FORMALAŞMASINDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN MÜSTƏSNA XİDMƏTLƏRİ
Xülasə. Azərbaycan xalqı və ölkənin inkişafında müstəsna xidmətləri olan ulu
öndərin fəaliyyəti dövründə ölkədə ekoloji vəziyyət daim xüsusi diqqət
mərkəzində saxlanılmış, ətraf mühitin mühafizəsi prioritetləri ilə bağlı
tədbirlər həyata keçirilmişdir. Heydər Əliyevin uzaqgörən siyasəti, o cümlədən
ekologiya sahəsində tövsiyələri bu gün də həyata keçirilən işlərə istiqamət
verir. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci
illərdə respublikada həyata keçirilən dünya səviyyəli təbiəti mühafizə tədbirlərinin
təşəbbüskarı və təşkilatçısı olmuşdur. Həmin illərdə ulu öndər Heydər Əliyev
Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması, təbii
sərvətlərdən səmərəli istifadə olunması sahəsində məqsədyönlü siyasət həyata
keçirmiş, ekologiya, təbiətin mühafizəsi və təbii sərvətlərdən səmərəli
istifadə ilə bağlı Azərbaycan KP MK və Nazirlər Sovetinin 8 qanun və 32 qərarı
qəbul edilmişdir. 1993-cü ildə yenidən hakimiyyətə gələn ümummilli lider
Heydər Əliyev Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii ehtiyatlardan
istifadə olunması istiqamətində məqsədyönlü siyasətini uğurla davam
etdirmişdir.
Açar sözlər: Heydər
Əliyev, ümummilli lider, ekoloji siyasət, ekologiya, təbiəti mühafizə, ekoloji
problemlər, yaşıllaşdırma