Sevil Axundova

TƏLƏBƏLƏRİN FƏALİYYƏTİNDƏ PEDAQOJİ TƏCRÜBƏNİN ROLU

Xülasə. Azərbaycan Respublikasının inkişaf Konsepsiyasına uyğun olaraq tələbə və şagirdlərə dolğun, sis­temli, yararlı, hərtərəfli bilik və bacarıqların aşılanması əsas şərtlərdəndir. Bu zaman infrastruktur, tədris müəs­sisələri və insan resursları inkişaf etdirilməlidir. Təhsilin müasir şərtlərlə inkişaf ölkədə əhalinin rifa­hı­nın yaxşılaşması, eyni rzamanda hər bir fərdin həyatının daha ali səviyyədə qurulması və inkişafı üçün zəmin ya­radır. Sinifdə pedaqoji təcrübədə olan tələbələrlə şagirdlər arasında sağlam əməkdaşlığın alınmasında fənn müəl­limləri maraqlı olmalıdırlar, bu əməkdaşlığı diqqətdə saxlamalıdırlar. Tələbələrimizə sevgi, qayğı ilə yanaş­malıdırlar. Öz təcrübələrini, bildiklərini bölüşməyi bacarmalıdırlar.

Açar sözlər: şagird şəxsiyyəti, “mənlik şüuru”, sinifdəki ruh yüksəkliyi, təlim-tərbiyə-təhsil, pedaqoji təcrübə

Cild 91, №4 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI