Yeganə Məmmədova
MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ İNTEQRATİV TƏLİM MƏŞĞƏLƏLƏRİ UŞAQLARIN NİTQİNİN İNKİŞAFINDA ƏSAS VASİTƏ KİMİ
Xülasə. Ana dili tədrisi məktəbəqədər tərbiyə
müəssisələrində böyük pedaqoji əhəmiyyəti olan məsələdir. Uşaqların təfəkkür
səviyyəsini müəyyənləşdirməkdə və onun inkişaf yolunu təmin etməkdə ana dili tədrisinin
ümumi təlim sistemində rolu son dərəcə böyükdür. Ana dili məşğələlərində
uşaqlar biliklər əsasında fikir mübadiləsi keçirir, öz fikirlərini düzgün,
aydın, səlis ifadə etmək üçün müvafiq sözlər axtarır, tapdıqları sözləri fəal
lüğətlərində işlətməyə çalışırlar. Məktəbəqədər yaşlı uşaqların nitqinin
inkişaf etdirilməsi üçün inteqrativ məşğələlər ən yaxşı texnologiyadır. Bu o
deməkdir ki, uşaqlar təlim prosesində passiv deyil, konkret materiallarla və əhatəsində
olan insanlarla fəal, qarşılıqlı ünsiyyətdə olurlar. Fəal təlim metodları üzərində
qurulan məşğələ ənənəvi məşğələlərdən fərqlənir. Bu məşğələlər uşaqların sərbəst
şəraitdə fəaliyyət göstərməsinə imkan yaradır və bu zaman onlar özlərinin
bütün bilik, bacarıq və istedadlarını nümayiş etdirə bilmək imkanı əldə edirlər.
Açar sözlər: Məktəbəqədər dövr, nitq inkişafı, inteqrativlik, təlim,
məşğələ.