Muxtar Həsənov, Leyla Nuruyeva, Günay Əliyeva
MƏNTİQƏ, REAL GERÇƏKLİYƏ DAHA ÇOX SÖYKƏNƏN AŞIQ ƏLƏSGƏR YARADICILIĞINDAN BƏZİ NÜMUNƏLƏR
Xülasə. Məqalədə Dünyanın maddi və mənəvi olaraq əksliyin vəhdəti qanununu üzrə mövcudluğu insanların genetik baxımından müsbət və mənfi qütblərə ayrıldığı göstərilməklə Türk millətinin də xarakterik xüsusiyyətlərinə toxunularaq türklərin müsbət qütbə aid olmaqla aktiv gen daşıyıcıları olduğu göstərilir. Dərin biliyə malik türklərin bir çox istiqamətlərdə olduğu kimi, ədəbiyyatda da çox böyük tarixi şəxsiyyətləri olmuşdur. Onlardan biri də mənəvi qütbə aid olan ruhumuzun qidası olan aşıq sənəti və onun zirvəsində dayananlardan biri də Aşıq Ələsgərdir. Aşıq Ələsgəri haqq aşığı adlandırmaqda yanılmayıblar. Onun yaradıcılığından seçmə nümunələr üzərində məntiqi izahlar verməklə müəlliflər Aşıq Ələsgərin həm də dərin məntiqə söykənən biliyinin olmasını ortaya qoyurlar. Bu isə çox saylı təhlillərə söykənən Aşıq Ələsgər haqqında deyilən fikirlər arasında yenilik kimi qiymətləndirilir.
Açar sözlər: əksliyin
vəhdəti, maddi və mənəvi, genetik xüsusiyyət, xarakterik xüsusiyyət, məntiq
aşığı, haqq aşığı, rəqəmlərin fəlsəfəsi, türk fəlsəfi baxışı, informativ
yanaşma