Gülnarə İskəndərova

TƏLƏBƏLƏRİN TƏHSİL NAİLİYYƏTLƏRİNİ TƏMİN EDƏN QİYMƏTLƏNDİRMƏ TEXNLOGİYASININ NƏZƏRİ ƏSASLARI

Xülasə. Məqalədə tələbələrin təhsil nailiyyətlərini təmin edən qiymətləndirmə texnologiyasının nəzəri əsas­ları öz əksini tapmışdır. Hər bir qiymətləndirmə növü sinif mühitində və ya daha geniş miqyaslı kon­tekstdə aparılmasından asılı olmayaraq, bir sıra elmi prinsiplərə və fəlsəfi fərziyyələrə əsaslanır. Məq­sə­din­dən və ya istifadə olunduğu kontekstdən asılı olmayaraq hər bir qiymətləndirmə üç əsas hissəyə əsaslanır: tələ­bələrin biliyi necə təqdim etdiyinə və fənlə əlaqəli səriştələrini necə inkişaf etdirdiyinə dair model, tələ­bə­lərin performansını müşahidə etməyə imkan verən tapşırıqlar və əldə edilmiş performans sübutlarından nəti­cə çıxarmaq üçün şərh üsulları. Və yaxud istənilən qiymətləndirmə bir-biri ilə əlaqəli üç elementə və ya tə­mələ əsaslanır: təhsil nailiyyətinin qiymətləndiriləcək aspektləri (idrak), tələbələrin nailiyyətləri haqqında sübut əldə etmək üçün istifadə olunan tapşırıqlar (müşahidə) və tapşırıqlar nəticəsində ortaya çıxan sübutları təhlil etmək üçün istifadə olunan üsullar.

Açar sözlər: qiymətləndirmə, nailiyyət, yanaşma, bacarıq, inkişaf

Cild 91, №4 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI