Əliyənnağı Məhərrəmov, Aygül Mürsəlova
BİOLOGİYANIN TƏDRİSİNDƏ TƏLİM VƏZİFƏLƏRİNİN MAHİYYƏTİ, ƏLAQƏLİ ÖYRƏNİLMƏSİNİN PEDAQOJİ PSİXOLOJİ ƏSASLARI
Xülasə. Məqalədə əsaslandırılır ki, gənc nəslin min illər ərzində
öz xalqının, bəşəriyyətin əldə etdiyi elmi-mənəvi sərvətlərə yiyələnməsi, onun
hərtərəfli və ahəngdar inkişafı, kamil vətəndaş kimi tərbiyə edilməsində təlimin
imkanları genişdir. Göstərilir ki, biologiya təlimi prosesində şagirdlər yalnız
bioloji biliklərlə silahlanmır, həm də onların psixi proseslərin, sensor fəaliyyət
sahəsinin, iradi emosional proseslərinin inkişaf etdirilməsinə, habelə
onların dünyagörüşü və əqidəsinin, mənəvi keyfiyyətlərinin, estetik və fiziki
qabiliyyətlərinin, əməyə, təbiətə insanlara vicdanlı münasibətlərin
formalaşmasına geniş imkanlar yaranır.
Əsərdə
xüsusilə göstərilir ki, biologiya dərslərində təlimin təhsilverici, tərbiyəedici
və inkişafetdirici vəzifələri vəhdətdə həyata keçirilməlidir. Tədqiqatın əsası
kimi göstərilir ki, tipindən, quruluşundan asılı olmayaraq hər bir dərs
faydalı bilik vermək, tədris bacarıqları formalaşdırmaqla yanaşı tərbiyəvi
xarakter daşımalıdır.
Açar sözlər: təhsilverici,
inkişafetdirici, tərbiyəedici, dünyagörüşü, təlim, təfəkkür, psixoloji əsasları,
bacarıq