Mehriban İsmayılova
UNİVERSİTETİN TƏHSİL
SİSTEMİNDƏ TƏLƏBƏNİN ÖZÜNÜNÜİDARƏSİNİN MODELLƏŞMƏSİ
Xülasə.
Universitetlərdə günün ən mühüm vəzifəsi dövlət idarəçiliyinin perspektivli
formalarını ali təhsil praktikasına tətbiq etməkdir ki, onlardan biri də
müəllim və tələbə özünüidarəsidir. Müasir reallıq gənclərin sosiallaşmasını,
tələbələrdə özünütəhsil əsasında fəaliyyətin müxtəlif sahələrində öz münasibətlərini
yaradıcı və fəal şəkildə qura bilən təşəbbüskar və müstəqil subyekt
keyfiyyətlərinin inkişaf etdirilməsini tələb edir. Bu şəxsiyyət
keyfiyyətləri səmərəli şəkildə tələbə həyatının idarəedilməsində, xüsusilə də
tələbə özünüidarəsi prosesində formalaşır. Tələbə özünüidarəsi təhsil
müəssisəsinin bacarıqlı və şüurlu vətəndaş cəmiyyətinin formalaşmasında
şəxsiyyətin inkişaf və özünüdərk maraqları ilə dövlətin maraqlarını birləşdirməyə
cəhddir. Məqalədə tələbələrin kollektiv özünüidarəetmə sisteminin
sosial-pedaqoji və hüquqi əsasları araşdırılır, universitetdə ictimai
fəaliyyət forması və tərbiyə işinin istiqaməti kimi tələbə özünüidarəsinin
xüsusiyyətləri müəyyən edilir.
Açar sözlər: tələbə özünüidarəsi, tərbiyə formaları, özünüidarə modelləri, psixoloji
dəstək, kollektivdə özünüidarəetmə sistemi, tərbiyə sisteminin
modelləşdirilməsi