Solmaz Həsənli

İSTEDADLI UŞAQLARIN ŞƏXSİYYƏTİNİN FORMALAŞMASINDA PSİXOLOJİ RƏHBƏRLİYİN ROLU

Xülasə. Günümüzdə psixoloji yardım fəaliyyətlərini istedadlı uşaqların ehtiyaclarına uyğun şəkildə hə­yata keçirən, eyni zamanda valideyn və müəllimlərlə səmərəli işbirliyi quran praktik psixoloqlara daha çox ehti­yac hiss edilir. İstedadlı uşaqların şəxsi, pedaqoji, peşəseçimi məsələlərinə psixoloji yardım ehtiyaclarını tə­min etmək onlarda özünəhörmət və özünəgüvən hissinin formalaşmasına, özlərini dərk etmələrinə, uğurlu so­sial münasibətlərin qurulmasına, təhsil və peşəseçimində doğru istiqamətə yönlənmələrinə təsir edəcəkdir. Mə­qalədə bu baxımdan praktik psixoloqların istedadlı uşaqların bir şəxsiyyət kimi formalaşmasında rolu və önə­mindən bəhs edilmişdir.

Açar sözlər: istedadlı uşaqlar, psixoloji xidmət, şəxsiyyətin formalaşması, sosial inkişaf.

Cild 91, №4 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI