Yeganə Əskərova

TƏHSİLDƏ PSİXOLOJİ XİDMƏTİN TƏŞKİLİNİN BƏZİ XÜSUSİYYƏTLƏRİ

Xülasə. Məktəblərdə psixoloji xidmət psixologiyanın tətbiqi sahələrindən biridir. Onun gələcək uğur­ları, hər şeydən öncə, akademik psixologiya ilə qarşılıqlı münasibətlərinin nə qədər səmərəli olmasından ası­lı­dır. Məqalədə ibtidai siniflərdə psixoloji xidmət və onun xüsusiyyətlərinin elmi, tətbiqi və praktik olmaqla 3 istiqaməti göstərilmişdir. Məqalədə qeyd edilir ki, məktəbdə psixoloji xidmət bu üç istiqamətin vəhdətinə, ayrıl­maz qarşılıqlı əlaqəsinə əsaslanır. Onları bir-birindən ayırmaq elmi baxımdan birtərəflidir, əməli ba­xım­dan isə zərərlidir.

Açar sözlər: məktəb, şagird şəxsiyyəti, təlim prosesi, psixi inkişaf, məktəbə hazırlıq, müəllim, valideyn

Cild 91, №4 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI