Səməngül Abdullayeva
ERKƏN YAŞLI UŞAQLARDA OYUNLARIN KÖMƏYİ İLƏ HƏMYAŞIDLARI İLƏ ÜNSİYYƏTİN İNKİŞAF ETDİRİLMƏSİ
Xülasə. Məqalədə erkən yaşlı uşaqların öz həmyaşıdları ilə
ünsiyyətinin formalaşıb inkişaf etməsi məsələsinə toxunulur. Qeyd olunur ki,
bunun üçün müxtəlif oyunlardan istifadə etmək olar: cütlərlə oyun, bir neçə həmyaşıdlarla
oyun, əşyalardan istifadə edərək birgə oyun və s. Bundan başqa Azərbaycan milli
oyunlarının elementlərini və xalq nağıllarını əks etdirən oyunlardan da
yararlanmaq olar. Belə oyunların hər biri kiçik uşaqlar arasında qarşılıqlı müsbət
münasibətin yaranıb inkişaf etməsinə töhfə verir.
Açar sözlər: ünsiyyət, həmyaşıd, əşya, fərdi