Sevinc Səmədova

NEYROELM TƏDQİQATLARININ KİÇİKYAŞLI MƏKTƏBLİNİN TƏLİM MÜHİTİNƏ TƏTBİQİ VƏ ÖYRƏNMƏNİN DAVAMLILIĞININ ARTIRILMASI

Xülasə. Uzun illər boyu öyrənmə və beyin arasındakı əlaqəni əhatə edən mürəkkəblik və qeyri-müəy­yənlik diqqəti cəlb edib. Baxmayaraq ki, neyroelm bu sahəni başa düşməyimizin əsasını təşkil edir, lakin onun tapıntılarını hələ birbaşa təhsil sisteminə tətbiq etmək mümkün deyil. Buna baxmayaraq, neyroelm təd­qiqatlarını ehtiyatla təlim prosesinə uyğunlaşdırmaqla maneələri aradan qaldırmaq, onun müəmmalarını yavaş-yavaş açmaq mümkündür. Bu sahədə aparılan tədqiqatlar öyrənmənin səmərəliliyini və nəticələrini artır­maq üçün yeni imkanlar açacaqdır. Həmçinin neyroelm tədqiqatlarının tədrisə daxil edilməsi inqilabi inki­şafa imkan verəcəkdir.

Açar sözlər: neyroelm, kiçikyaşlı məktəbli, təlim mühiti, öyrənmənin effektivliyi, öyrənmə və onun davamlılığı.

Cild 91, №4 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI