Xavərxanım Bakıxanova
SOSİO – EMOSİONAL ÖYRƏNMƏNİN EMOSİONAL İNTELLEKTİN İNKİŞAFINA TƏSİRİ
Xülasə. Sosio-emosional öyrənmə
psixologiya elminin nəzəriyyə və təcrübəsində tədqiqatın ən mühüm sahələrindən
birinə çevrilmişdir. Sosio-emosional öyrənmənin araşdırılmasına
başlanılmasından az müddət keçməsinə baxmayaraq, nəzəri və tətbiqi tədqiqat sahələrində
xeyli təcrübə toplanmış və məlum olmuşdur ki, sosio-emosional öyrənmə emosional
intellektin inkişafına birbaşa təsir göstərir. Araşdırmalar sübut edir ki, İQ səviyyəsindən
asılı olmayaraq təhsilalanlarda emosional intellektin inkişafına lazımi qədər
vaxt ayrılmadığı üçün təhsilalanlar gələcəkdə ciddi uğursuzluqlarla üzləşirlər.
Emosional intellektin inkişafını dəstəkləyən ən əlverişli layihə isə sosio-emosional
öyrənmədir. Təəssüflər olsun ki, sosio-emosional öyrənmənin tədqiqinə yönəlmiş
müəyyən qədər tədqiqatlar həsr olunsa da hələ ki, kifayət edəcək qədər
deyildir. Lakin emosional intellektin inkişafına olan tələbat və sosio-emosional
öyrənmənin bir çox ölkələrin təhsil siyasətində dəstəklənməsi qısa zamanda bu
layihə barədə geniş tədqiqatlar aparılmasına və uğurlu nəticələrə nail
olunmasına gətirib çıxarmışdır. Psixoloqlar tərəfindən aparılan işlər göstərir
ki, ölkədə bu istiqamətdə görüləcək işləri sürətləndirmək üçün böyük potensial
var. Xüsusilə söhbət məktəbəqədər təhsil müəssisələri, orta məktəblər və ali təhsil
müəssisələrinin fəaliyyətindən gedir.
Açar sözlər: emosional
intellekt, sosio-emosional öyrənmə, iş, təhsil, intellekt