Leyla Dadaş-zadə
ÜNSİYYƏT MƏDƏNİYYƏTİ GƏLƏCƏK PSİXOLOQUN PEŞƏ HAZIRLIĞININ MÜHÜM ŞƏRTİ KİMİ
Xülasə. Elmi məqalədə ünsiyyət mədəniyyətinin
məzmun və mahiyyəti açıqlanır. Ünsiyyət mədəniyyəti gələcək psixoloqun peşə
hazırlığının mühüm şərti kimi səciyyələndirilir. Məqalədə qeyd edilir ki, ünsiyyət
mədəniyyəti insanın dəyərli inanclarına çevrilmiş, həm əxlaqın, həm də etiketin
tələblərinə uyğun davranışın şəxsiyyət baxımından əhəmiyyətli dünyagörüşü
münasibətlərinin vəhdətidir. Ünsiyyət mədəniyyətinin formalaşması əxlaqi tərbiyə
prosesinin bir hissəsi kimi başa düşülür, burada davranış və ünsiyyət bacarıqlarının
formalaşmasına əsas diqqət yetirilir, lakin onların etik məzmunu da vacibdir.
Elmi məqalədə ünsiyyət mədəniyyətinin formalaşması şərtləri ardıcıllıqla
araşdırılır.
Açar
sözlər: ünsiyyət mədəniyyəti, peşə
hazırlığı, ünsiyyət bacarıqları, dəyər, peşəkarlıq, sosial normalar