Əsmət İsmayılxanova
ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ
TƏHSİLİN İDARƏ OLUNMASININ BƏZİ PROBLEMLƏRİ
Xülasə. Məqalədə ümumtəhsil məktəblərində təhsilin idarə olunmasının
mühüm problemlərindən bəhs edilir. Müəllif qeyd edir ki, dünya təhsil sisteminə
inteqrasiya ərəfəsində Azərbaycan təhsilinin idarə olunmasında çox mühüm
problemlər meydana çıxmışdır ki, bu problemlər çətin olsa da tez bir zamanda həll
olunmalıdır. Bunların bir qismi ənənəvi təhsil vaxtından yığılaraq qalmış, digər
problemlər isə Təhsil İslahatı Proqramının qoyduğu tələblər sahəsində
yaranmışdır.
Təhsilimizin bu
günkü məzmunu istənilən peşələrdə insanların dünyagörüşünün düzgün formalaşmasına
ciddi maneə törədir, onların savadlı mütəxəssis kimi yetişməsini tamamilə məhdudlaşdırır.
Ənənəvi təhsildən donub qalan təhsil formaları, təhsil strukturları, idrakla
real həyat, attestat və diplomla biliklərin real vəziyyəti, elmi-pedaqoji fəaliyyətdə
hökmran olan mühafizəkarlıq qarşıdurma yaratmışdır. Müəllifin fikrincə, tarixi keçmişimizə sağlam təfəkkürlə nəzər
salmalı, inkişaf etmiş Avropa ölkələrinin təhsil sisteminin idarə edilməsindəki
mühüm cəhətləri dərindən öyrənməli və təhsilimizin yeniləşməsində idarəetmə sahəsində
daha səmərəli strukturları müəyyən etməliyik. Ölkəmizin təhsil sisteminin idarə
olunması strukturu ümumbəşəri dəyərlərə, milli zəminə, türk dünyasından və
islam dinindən gələn mənəvi-əxlaqi keyfiyyətlərə əsaslanmalıdır.
Açar sözlər: inteqrasiya, Təhsil
İslahatı Proqramı, mühafizəkarlıq, ümumbəşəri dəyərlər, demokratiya, inzibati
amirlik, lisey, gimnaziya, çoxvariantlılıq