Xumar Novruzova
MATRİSLƏR VƏ ONLAR ÜZƏRİNDƏ ƏMƏLLƏRİN ÖYRƏDİLMƏSİNDƏ
İSTİFADƏ EDİLƏN PRAKTİK MƏZMUNLU MƏSƏLƏLƏR SİSTEMİNDƏ İKT-NİN TƏTBİQİ
Xülasə. Məqalə
riyaziyyatın praktik tətbiqlərinə həsr olunmuşdur. Matrislərdən iqtisadiyyat,
tibb, proqramlaşdırma, psixologiya və digər elm sahələrində istifadə edilməsi
onun təkcə riyazi elmlərdə deyil, həyatımızın bütün sahələrində vacib rol
oynadığını göstərir. Məqalədə matrislər üzərində əməllərin yerinə yetirilməsində
hazır riyazi paketlərdən və MS Excel proqramından istifadə yolları göstərilir.
Bu isə, bir tərəfdən tələbələrin diqqətini məsələnin mahiyyətinə yönəldərək, əlavə
hesablamaların qısaldılmasına, digər tərəfdən isə onların İKT bacarıqlarının
inkişaf etdirilməsinə səbəb olur.
Açar sözlər: riyaziyyat, matris, IKT, sehrli kvadrat, MS Excel