Adilə Mürsəlova
SENSOR POZULMALARI OLAN UŞAQLARIN
REABİLİTASİYA VƏ ADAPTASİYA İŞİNİN TƏŞKİLİ
Xülasə. Ailədə problemli uşağın mövcudluğu ailə üzvlərinin çiyinlərinə maddi,
psixoloji, emosional və fiziki yük qoyur. Belə ailələr stress, depressiya və
nevrozların ailə üzvləri arasında yaranmasını şərtləndirən risk qrupuna aid
edilir. Ailə qarşısında duran iqtisadi çətinliklər, çox vacib sistemli tibbi
reabilitasiya və sosial-psixoloji xidmətin tam yoxluğu və ya kifayət qədər
inkişaf etməməsi, onun strukturundakı əsas iqtisadi, reproduktiv, tərbiyə,
psixoloji, terapevtik funksiyaların strukturunda olan problemlərdir. Uşağın
ailədə sosial realizəsi perspektivi və uşaqların taleyi bir qədər aydın deyil.
Xəstə uşağın ailə üzvləri müstəqil olaraq situasiyanı dəyişməkdə acizdirlər.
Açar sözlər: reabilitasiya, inteqrasiya, sosiallaşma, adaptasiya, sosial-psixoloji
xidmət, psixo-sosial amillər