Lalə Məmmədova

AUTİZMLİ UŞAQLARDA EXOLALİYANIN ARADAN QALDIRILMASI ÜZRƏ İŞİN İSTİQAMƏTLƏRİ

Xülasə. Autizm sindromu olan uşaqlar üçün geniş nitq qüsurlarının olması tipikdir. Autizm sindromu olan bəzi uşaqlar nadir hallarda və məqsədsiz olaraq təsadüfi sait və ya samitləri tələffüz etmək üçün nitq qabiliyyətinə malikdirlər. Bir çox autizmli uşaqlar başqalarından eşitdiklərini mexaniki olaraq təkrarlayırlar. Bu cür təkrarlanma 2-3 yaşa qədər davam edir. Lakin autizmli şəxslərdə exolaliya daha uzun çəkir. Uşaqların nitqində exolaliyanı azaltmaq üçün onun səbəbini araşdırmaq lazımdır. Exolaliya halı uşaqda müşahidə olunduqda artıq valideyn mütəxəssisə müraciət etməli və düzgün korreksiya işi tətbiq olunmalıdır. Çünki exolaliya vaxtında üzərinə düşülməzsə yetkin yaşlara qədər davam edən problemdir. Hər bir fərdi vəziyyətə görə exolaliyanın müalicəsi bir mütəxəssis tərəfindən təyin edilməlidir (loqoped, psixoloq, psixo-pedaqoq və s.). Terapevtik bir proqramı təyin edərkən uşağın yaşını, inkişaf xüsusiyyətlərini və patologiyanın şiddətini nəzərə almaq lazımdır.

Açar sözlər: Exolaliya, nitqin pozulması, söz və səslərin təkrarlanması, korreksiya işi, nitq ünsiyyəti

Cild 91, №5 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI