Limunət Əmrahlı

İNFORMASİYALARIN MƏNİMSƏNİLMƏSİNDƏ KOQNİTİV BACARIQLARIN ROLU

Xülasə. Məqalədə müasir informasiya kommunikasiya sistemlərində verilən informasiyaların mə­nim­sənilməsində koqnitiv bacarıqların rolundan bəhs edilir. Göstərilir ki, hazırda istər yaşlı, istərsə də gənc nə­sil­də elektron vasitələrlə verilən informasiyaların mənimsənilməsində bir sıra çətinliklər yaranır. Çətinliklərə sə­bəb informasiyaların müxtəlif təsvir formaları, istifadə edilən simvollar və s. ola bilir. Məqalədə həmin çə­tinliklərin həllində koqnitiv bacarıq və səriştələrin rolu əsaslandırılır. Bu sahədə təhsil sistemi qarşısında duran vəzifələr şərh edilir. Aparılmalı olan işlərin istiqamətləri göstərilir.

Açar sözlər: informasiya, kommunikasiya, mənimsəmə mərhələləri, koqnitiv çətinlik, koqnitiv bacarıq, səriştə, koqnitiv əməliyyat, koqnitiv fəaliyyət

Cild 91, №5 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI