Mətanət Həsənova
EKSTREMAL
SİTUASİYALARDA İLKİN PSİXOLOJİ YARDIMIN XÜSUSİYƏTLƏRİ
Xülasə. Bir çox
insanın məlumatlı olmadığı ilkin psixoloji yardım yalnız hadisə və fəlakətlərdə
deyil, ani stress yaradan hər cür travmadan sonra da tətbiq edilməli erkən
psixososial müdaxilədir. İlkin psixoloji yardım zamanında tətbiq olunduqda
stressin təsir dərəcəsini azaldır və uzun müddətli travmatik stress
problemlərinin qarşısını alır. Məqalədə ekstremal situasiyalarda ilkin
psixoloji yardımın prinsipləri, qaydaları öz əksini tapmışdır. Böhrana müdaxilə
yanaşmasının effektivliyi insanların fiziki və psixi sağlamlığının qorunması
üçün çox vacibdir. Çünki böhrandan sağlam şəkildə çıxa bilən şəxs böhrandan
sonra ciddi psixi problemlər yaşama riski ilə üzləşir.
Açar sözlər: travma, ilkin psixoloji yardım, ekstremal
situasiya, təbii fəlakət