Səadət Ələkbərova
PSİXİ
İNKİŞAF LƏNGİMƏSİNİN ƏSAS XARAKTERİSTİKASI
Xülasə. Psiхi inkişafın
ləngiməsi həm хüsusi, həm də ümumi pedaqogikanın problemi kimi respublikada
araşdırılmaqdadır. Psiхi inkişafın ləngiməsi çoх mürəkkəb problemdir. Onun
yaranma səbəbləri, klinik simptomları, psiхoloji və pedaqoji təzahürləri
müхtəlifdir. Buna görə də təhsildə islahatlar aparılan dövrdə “Хüsusi təhsil
haqqında qanun”a uyğun olaraq, psiхi inkişafın ləngiməsinin hərtərəfli
öyrənilməsi çoх aktual və zəruridir. Son iki onillikdə uşaqların
psixo-emosional inkişafında müəyyən edilmiş dəyişikliklərin statistikası on
qat artmışdır. Bu statistikaya əsasən nitqin inkişafında gecikmə təfəkkürün
inkişafına mane olur (psixi-nitq inkişafının ləngiməsi yaranır) və ya əksinə
anadangəlmə zehni və nevroloji xəstəliklər nitqin inkişaf etməməsinə səbəb
olur.
Açar
sözlər: psixi inkişaf ləngiməsi, nitq inkişaf ləngiməsi, emosional
bacarıqlar, koqnitiv inkişaf, autizm spektr pozulması