Fidan Əfəndiyeva
MƏKTƏBLƏRDƏ MÜƏLLİM BULLİNQİ VƏ ONUN UŞAQ
ŞƏXSİYYƏTİNƏ TƏSİRİ
Xülasə. Müasir cəmiyyətimizin və gəncliyimizin ən təhlükəli problemlərindən
biri olan bullinqin geniş təsir dairəsinə çox təəssüf ki, məktəb də daxildir.
Bu gün uşaqların bullinqə məruz qaldıqları sosial mühitlərin başında məktəb
durur. Məktəblərdə bullinq təkcə uşaqlar arasında deyil, eyni zamanda müəllim-şagird
arasında da baş verir. Məqalədə məktəblilərin müəllimləri tərəfindən bullinqə məruz
qalmalarının səbəbləri araşdırılaraq, problemin həlli ilə bağlı bəzi pedaqoji
tövsiyələr irəli sürülmüşdür.
Açar sözlər : məktəb, müəllim, bullinq, şiddət,
psixoloji travma