Yaqut Ağasiyeva
ÖZÜNÜQİYMƏTLƏNDİRMƏNİN
ARTIRILMASI YOLU İLƏ İDRAK FƏALLIĞINA NAİL OLMADA İNKİŞAFETDİRİCİ PROQRAMLARIN
TƏTBİQİ
Xülasə. Tələbə kollektivlərində idrak fəallığı onların akademik nailiyyətləri
ilə yanaşı şəxsiyyətlərarası münasibətlərində, qarşılıqlı fəaliyyət formalarında,
eləcə də gələcəklə bağlı planlarında əsaslı rol oynayır. İdrak fəallığına nail
olmaq yalnız koqnitiv bacarıqların artırılması ilə deyil, eləcə də emosional
baxımdan reaksiyaların tənzimlənməsi, sosial-affektiv bacarıqların inkişaf
etdirilməsi və fəallığın artırılması yolu ilə həyata keçirilə bilər. Özünüqiymətləndirmə
şagirdlərin, tələbələrin idrak fəallığında əsaslı təsir göstərən amillər
sırasındadır. Adekvat, eyni zamanda qeyri-adekvat yuxarı və aşağı özünüqiymətləndirmə,
öyrənilmiş köməksizlik kimi məqamlar koqnitiv bacarıqların təzahüründə müəyyən
təsir mexanizminə malikdirlər. Məhz bu səbəbdən məqalə hazırlanarkən yerli və
xarici ədəbiyyat nümunələrinə istinadən təhsil alanlara – şagird və tələbə
kollektivlərində tətbiq edilən inkişafetdirici proqramların mahiyyəti təhlil
edilmiş, bu proqramlarda özünüqiymətləndirmə probleminin işlənilməsi öyrənilmişdir.
Məqalə hazırlanarkən sistemli konstruktiv yanaşma əsasında ədəbiyyat təhlili
metodu tətbiq edilmişdir.
Açar sözlər: özünüqiymətləndirmə, idrak fəallığı, koqnitiv bacarıqlar, dəstək
proqramları, inkişafetdirici mühit.