Əlişah Eyyubov

BUCAQLARA AİD BƏZİ DÜSTURLARIN İSBATI

Xülasə. Məktəb riyaziyyat kursunda bucaqlara aid çoxlu düsturlar isbatsız olaraq şagirdlərə verilir. Bun­lara nümunə olaraq iti bucağa adi düsturlar, saat əqrəblərinin arasındakı bucağın təyin edilməsi, bucağın daxilindəki nöqtənin bucağın təpəsinə qədər məsafənin təyini və sair misal göstərmək olar.

İti və kor bucaq daxilində götürülmüş nöqtədən təpə nöqtəyə qədər məsafə maraq doğuran hallardan biridir. Bu məsafəni təyin etmək üçün əvvəlcə iti bucaq daxilində götürülmüş nöqtədən təpə nöqtəsinə qədər məsafə üçün düstur təyin edilmişdir. Sonra kor bucağ halına baxılır. Hər iki hal üçün düsturun təyin edilməsi və isbatı göstərilmişdir.

Beləliklə şagirdlərə verilən düsturların isbatı onlarda maraq doğurur. Bu düsturlardan istifadə etmək bacarığı artır, məntiqi təfəkkürləri inkişaf edir.

Açar sözlər: Bucaq, iti, kor, məsafə, isbat

Cild 91, №6 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI