Xoşqədəm İbrahimova
ÜMUMTƏHSİL MƏKTƏB BİOLOGİYASININ TƏDRİSİNDƏ FİTOTERAPEVTİK BİLİKLƏRİN ÖYRƏNİLMƏSİ İMKANLARI
Xülasə. Məqalə
orta məktəblərdə biologiyanın tədrisi zamanı şagirdlərə fitoterapevtik biliklərin
öyrədilməsi imkanlarına həsr edilmişdir. Problemin həlli imkanları dərsliklərdə
və elmi-metodiki ədəbiyyatda araşdırılmışdır. Dərsliklərin təhlilindən belə qənaətə
gəlinir ki, 7, 8-ci sinif dərsliklərində xəstəliklərin müalicəsində və
profilaktikasında dərman bitkilərinin böyük əhəmiyyəti vardır. Belə məzmunlu
bir çox mövzular dərsliklərdə öz əksini tapmışdır. Fənn kurikulumunun
standartlarının həyata keçirilməsinə uyğun olaraq şagirdlərə fitoterapevtik
biliklərin öyrədilməsinə imkan verən mövzular müəyyən edilmişdir.
Lakin problemlə bağlı mövzuların sayını
artırmaq, xüsusən də 9-11-ci sinif dərsliklərinə belə mövzuları daxil etmək
olar. Elmi-metodiki ədəbiyyatın təhlilindən məlum oldu ki, problemin həlli
istiqamətində tədqiqatlar tam aparılmayıb, bu sahədə araşdırmalar azdır. Müəllimlərə
problemlərin həllində metodik kömək üçün əsərlərin yazılması vacib məsələlərdən
biridir.