Həmid Əliyev
V-VI SİNİFLƏR ÜZRƏ FİZİKİ TƏRBİYƏNİN TƏDRİSİ MƏQSƏDLƏRİ VƏ FİZİKİ İNKİŞAF SAHƏLƏRİ
Xülasə. Məqalədə V-VI siniflər üzrə fiziki tərbiyənin tədrisi məqsədləri və
fiziki inkişaf sahələrindən bəhs olunub. Fiziki tərbiyə fənninin əsas məqsədlərinə ilk öncə, şəxsi inkişafı təmin
edən fiziki inkişaf, sağlamlıq,
sinir-əzələ koordinasiyası, emosional inkişaf, mental inkişaf və sosial inkişaf
daxildir. Bu məqsədlər idmanın ümumi inkişaf konsepsiyasını anlamaq onun həyata
keçirilməsində rol oynayır və spesifik fəaliyyətləri təyin edən proqram və tədris
prosesinin əsas strategiyasını təyin edir. Bu fənnin tədrisi təhsilin müxtəlif
səviyyələrində şagirdlərin fiziki inkişafı ilə bağlı müxtəlif xüsusiyyətləri əks
etdirir.
Açar sözlər: V-VI siniflər, fiziki tərbiyə dərsləri, tədris,
fiziki inkişaf, fiziki qabiliyyət, sağlamlıq