Elxan Bəylərov, Raziyə Quliyeva, Ayna Hümbətova
ŞAGİRD ASPEKTİNDƏ NEYROELM
ƏSASLI TƏHSİL
Xülasə. Məqalədə təhsildə neyroelm əsaslı
yanaşmaların şagirdlərin öyrənmə təcrübələrinə təsiri araşdırılmışdır. Tədqiqatın
əsas məqsədi, şagirdlərin beyin fəaliyyətinin öyrənmə prosesindəki rolu,
psixoloji amillərin təsiri və bu yanaşmaların səmərəliliyini müəyyən etməkdir.
Bu məqsədlə sorğu keçirilmiş və şagirdlərin öyrənmə vərdişləri, emosional vəziyyətləri,
yuxu və stress kimi faktorlarla bağlı rəyləri toplanmışdır. Təhlillər göstərmişdir
ki, şagirdlər fərdi öyrənmə tələblərini qarşılayan, beynin funksiyalarını nəzərə
alan metodlara üstünlük verirlər.
Açar sözlər: neyroelm, təhsil, öyrənmə prosesi, beyin fəaliyyəti, emosional
rifah, koqnitiv inkişaf, psixoloji amillər, stress, fərdi öyrənmə ehtiyacları.