Günay Kazımova, Xəyalə Mustafayeva

ŞAGİRDLƏRİN EKOLOJİ TƏRBİYƏSİNİN PSİXOLOJİ –PEDAQOJİ ƏSASLARI

Xülasə. Məqalənin mövzusu şagirdlərin ekoloji tərbiyəsinin psixoloji-pedaqoji əsaslarını araş­dır­maq­dır. Məqalədə ekoloji tərbiyənin əhəmiyyəti, məqsədləri və bu prosesin həyata keçirilməsində psixoloji və pedaqoji yanaşmaların rolu vurğulanır. Müasir dövrdə ekoloji problemlərin artması səbəbindən gənc nəsildə eko­loji şüur və məsuliyyət hissinin formalaşdırılmasının zəruriliyi qeyd olunur.

Məqalədə müəlliflər ekoloji tərbiyənin şagirdlərin təfəkkürünün, emosional sferalarının və dav­ra­nış­la­rı­nın formalaşmasında təsirli bir vasitə olduğunu göstərir. Psixoloji aspektlərə gəldikdə, uşaqların yaş xü­su­siy­yətləri, idrak prosesləri və maraq dairələri nəzərə alınaraq ekoloji biliklərin aşılanması mühüm hesab edilir. Pedaqoji baxımdan isə tədris proqramlarının təbiətə hörmət və ekoloji mədəniyyətin forma­laş­dırıl­ma­sı­na yönəlməsinin vacibliyi vurğulanır.

Açar sözlər: psixoloji-pedaqoji əsaslar, ekoloji mədəniyyət, ətraf mühit, yaş xüsusiyyətləri, inteqrativ yanaşma

Cild 91, №6 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI