Könül Xuda-Zadə
MÜƏLLIM
HAZIRLIĞINDA ŞƏXSİ – PSİXOLOJİ KEYFİYYƏTLƏRİN NƏZƏRƏ ALINMASI VƏ
FORMALAŞDIRILMASI
Xülasə. Məqalədə müəllim şəxsiyyətinin formalaşmasının pedaqoji fəaliyyətin səmərəliliyindəki
rolu araşdırılır. Müəllimin özünüifadə, özünüinkişaf və özünütəhlil
bacarıqlarının inkişaf etdirilməsi, onun peşəkar və şəxsi keyfiyyətlərinin
təkmilləşdirilməsi üçün əsas şərtlər kimi təqdim olunur.
Müəllimlərdən tələb olunan
əsas bacarıqlar barəsində ətraflı psixopedaqoji şərh verilir. Müəllimlərin
bilik səviyyəsi və bu bilikləri inteqrasiya etmə qabiliyyəti onların
səriştəlilik və mükəmməllik dərəcəsini müəyyən edir. Səriştəli müəllim
bilikləri qismən kombinə edə bilirsə, mükəmməl müəllim bu bilikləri bütöv
şəkildə tətbiq edərək daha yüksək nəticələr əldə edir.
Açar
sözlər:
müəllim, hazırlıq, psixoloji, formalaşma, peşəkar.