Günay İlham qızı Poladova
MƏKTƏB MÜHİTİNDƏ KONFLİKTOLOJİ MƏDƏNİYYƏTİN ƏHƏMİYYƏTİ
Xülasə. Bu məqalədə təhsil mühitində yaranan konfliktlərin
səbəbləri, növləri və onların psixoloji aspektləri araşdırılmışdır. Məqsəd
konfliktlərin mənfi təsirlərini minimuma endirmək üçün onların vaxtında aşkarlanması
və səmərəli idarəetmə üsullarını müəyyənləşdirməkdir. Araşdırma nəticəsində müəyyən
olunmuşdur ki, konfliktlərin düzgün idarə olunması tədris prosesinin keyfiyyətini
artırır və məktəb mühitində psixoloji rifahın yüksəlməsinə kömək edir. Məqalədə
konfliktlərin konstruktiv həlli üçün psixoloji yanaşmalar və praktik tövsiyələr
təklif olunmuşdur. Bu tövsiyələr məktəb psixoloqları, pedaqoqlar və müəllimlər
üçün faydalı ola bilər.
Açar sözlər:
konflikt,
psixoloji aspektlər, təhsil prosesi, konfliktin idarə olunması, məktəb
psixologiyası, konstruktiv həll, emosional rifah, interpersonal münasibətlər
