Aytən Vidadi qızı Süleymanova

İNTERAKTİV ÜSULLAR: MAHİYYƏTİ VƏ PEDAQOJİ ƏSASLARI

Xülasə. İnteraktiv metodlar təlim prosesində müəllim və tələbələr arasında qarşılıqlı əlaqənin artırıl­ma­sına yönəlmiş fəal təlim yanaşmalarından ibarətdir. Ənənəvi tədris yanaşmalarından fərqli olaraq, bu üsul­lar şagirdlərin dərsə daha çox cəlb olunmasını, təcrübə əsasında bilik və bacarıqların mənimsənilməsini tə­min edir. İnteraktiv təlim metodları pedaqoji prosesin mərkəzində şagird və ya tələbələrin olması və öy­rə­nən­lə­ri fəal rol oynamağa həvəsləndirməsi prinsipinə əsaslanır. Bu cür yanaşmaların əsas məqsədi təkcə nəzəri bi­liklərin ötürülməsi deyil, həm də bu biliklərin praktikada tətbiqi və tələbələrin yaradıcı düşünmə qabi­liy­yə­ti­nin inkişaf etdirilməsidir. İnteraktiv metodların əsasını təşkil edən fəal təlim yanaşması tələbələrin təlim pro­sesində iştirakını maksimum dərəcədə artırır. Bu yanaşma tələbələrdən passiv dinləyicilər deyil, fəal işti­ra­kçılar olmasını tələb edir. Şagirdlər biliyə təkcə dinləməklə deyil, həm də suallar vermək, tapşırıqları ye­ri­nə yetirmək və müzakirələr aparmaqla yiyələnirlər. İnteraktiv metodların mühüm xüsusiyyətlərindən biri də on­ların əməkdaşlığa əsaslanmasıdır. Şagirdlər kiçik qruplarda birgə tapşırıqlar üzərində işləyir, müxtəlif prob­lemləri həll edir və bilik mübadiləsi aparırlar. Bu, təkcə biliklərin mübadiləsini deyil, həm də tələbələrin sosial bacarıqlarının inkişafını təmin edir. Əməkdaşlıq və komanda işi tələbələrə birgə işləməyə və müasir döv­rün tələb etdiyi komanda ruhunu mənimsəməyə imkan verir. Bu metod tələbələr qarşısında konkret prob­lem­lərin qoyulmasına və bu problemlərin həlli yollarının araşdırılmasına yönəlmişdir. Bu yanaşma tələbələri tən­qidi düşünməyə, vəziyyətləri təhlil etməyə və qərar qəbul etmə bacarıqlarını inkişaf etdirməyə sövq edir. Prob­lemli təlim real həyatda yarana biləcək problemləri nəzəriyyəyə deyil, praktik yanaşmalarla həll etmək im­kanlarını təmin edir. Müzakirə və debatlar interaktiv metodların geniş yayılmış formalarından biridir. Bu üsul tələbələrə öz fikirlərini ifadə etmək, fikirlərini arqumentlərlə müdafiə etmək, müxtəlif mövzulara müx­tə­lif prizmadan yanaşmaq imkanı verir. Müzakirələr zamanı tələbələr tənqidi düşünməyi, məntiqi nəticələr çı­xarmağı və başqalarının fikirlərinə hörmət etməyi öyrənirlər. Simulyasiyalar və rollu oyunlar tələbələrə nə­zə­ri bilikləri praktikada yoxlamaq və müəyyən vəziyyətlərə uyğunlaşmaq imkanı yaradır. Bu üsullar təhsilin müx­təlif sahələrində geniş istifadə olunur, xüsusilə gələcəkdə tətbiq olunacaq bacarıqların formalaşmasında mü­hüm rol oynayır. Müəyyən rolları canlandırmaqla, tələbələr real həyatda qarşılaşa biləcəkləri vəziyyətləri ya­şayırlar.

Açar sözlər: interaktiv metodlar, aktiv öyrənmə, əməkdaşlıq, qrup işi, problemli öyrənmə, müzakirə, debatlar, simulyasiya, rol oyunu.

Cild 92, №1 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI