Günel Məhəmməd qızı Məmmədova

GƏLƏCƏK İBTİDAİ SİNİF MÜƏLLİMLƏRİNDƏ TƏDQİQATÇILIQ BACARIĞININ FORMALAŞDIRILMASINDA MÜHAZİRƏNİN ROLU

Xülasə. Məqalədə mühazirələrin inteqrativliyinin əsas xüsusiyyətləri, uğurlu alınmasının şərtləri araş­dı­rılır, qeyri-standart mühazirələrin (problem xarakterli mühazirə, vizual mühazirə, binar mühazirə, mü­ha­zi­rə-mətbuat konfransı və s.) təşkili texnologiyası təqdim edilir. Ali pedaqoji məktəblərdə mühazirəyə ayrılan saat­ların ildən-ilə azaldılmasına baxmayaraq hələ də təlimin əsas təşkili forması kimi qalır. İnformasiya bol­lu­ğu şəraitində məlum məzmunun tələbələrə ötürülməsi, hazır biliklərin verilməsi onları “yormaqla” yanaşı, mo­tivasiyalarını aşağı salır. Əsas məqsəd tələbələrə birinci dərəcəli (vacib) materialları seçməyi, emal et­mə­yi, ümumiləşdirməyi, yeni biliyi “kəşf” etməyi öyrətməkdir. Bu səbəbdən də mühazirələrin interaktiv xa­rak­ter daşıması önə çəkilir.

Açar sözlər: ibtidai sinif, tədqiqat bacarığı, təlim prosesi, mühazirə, tədqiqatçılıq mədəniyyəti 

Cild 92, №1 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI