Nigar Şıxnəbi qızı Muradova
NAXÇIVANIN TARİX VƏ
MƏDƏNİYYƏT ABİDƏLƏRİ VASİTƏSİLƏ MƏKTƏBLİLƏRİN VƏTƏNDAŞ TƏFƏKKÜRÜNÜN VƏ
DAVRANIŞININ FORMALAŞDIRILMASI:
NƏZƏRİ MODEL
Xülasə. Məqalədə Naxçıvanın tarix və mədəniyyət abidələri
vasitəsilə məktəblilərdə vətəndaş təfəkkürünün və davranışının
formalaşdırılması məsələsi araşdırılır. Müəllimin bu istiqamətdə tərbiyə işi dörd elmi-pedaqoji istiqamətlə müəyyən
edilir: abidələrin tarixi və mədəni irsi; tarix və mədəniyyət abidələrinin dəyərləri;
tarix və mədəniyyət abidələrinin mühafizəsi; məktəblilərin milli ruhda tərbiyəsində
qədim tarix və mədəniyyət abidələri.
Açar sözləri: vətəndaş
düşüncəsi və davranışı, formalaşması, Naxçıvanın tarix və mədəniyyət abidələri,
müəllimin təhsil işi, nəzəri model.
