Müjkan Əbdüləli qızı Məmmədzadə

ALİ HƏRBİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ TƏDRİS PROSESİNDƏ İDARƏETMƏ BACARIQLARININ FORMALAŞDIRILMASI

Xülasə. Məqalədə ali hərbi təhsil müəssisələrində tədris prosesində idarəetmə mədəniyyətinin ba­ca­rıq­la­rının formalaşmasından bəhs olunur. Ali hərbi təhsil müəssisələrinin pedaqoji təhsil sistemində idarəetmə ba­carıqları təhsilalanların gələcək karyera quruculuğunda qarşıya çıxan problemlərin həllində böyük rol oy­na­yır.

Bu məqalədə aparılan təhlillər sübut edir ki, ali hərbi təhsil müəssisələrində təhsilalanların idarəetmə ba­carıqlarının formalaşması öncə onun mahiyyəti, məzmunu və məqsədlərinin düzgün müəyyən edilməsini, nə­zəri ideyaları müxtəlif prizmalardan araşdırır. Məlum olur ki, idarəetmə vərdişlərinin müasir cəmiyyətin tə­ləblərinə uyğun təhsilalanların yeni elmi-siyasi, hərbi, sosial, iqtisadi, mədəni və ekoloji baxışlarının for­malaşmasına xidmət edir.

Açar sözlər: ali hərbi təhsil müəssisələri, təhsilalanlar, tədris, peşə bacarıqları, müstəqil işin təşkili, təhsilalanların sosiallaşması

Cild 92, №1 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI