Lalə Qabil qızı Şəfiyeva
İBTİDAİ SİNİFLƏRİN İDARƏ EDİLMƏSİ ÜZRƏ ƏSAS MODELLƏRİN NƏZƏRİ CƏHƏTLƏRİ
Xülasə. İdarəetmənin əsasını
elmi biliklər sistemi təşkil edir. Elmi biliklər idarəetmənin nəzəri əsasını təşkil
edir. Sinfin səmərəli idarə edilməsi müəllimin qarşısında duran önəmli vəzifələrdən
biridir. Sinfin idarə edilməsi, təhsil proqramı və
planı, tədris metodu, təhsil fəaliyyəti, texnologiya, zaman, məkan, müəllim və
şagird arasında effektiv koordinasiyanı təmin etməklə öyrənmə üçün əlverişli
mühit və nizam yaratmaqdır. Məktəbdə
idarəetmənin bir növünə də sinfin idarə edilməsi daxildir. Sinfin idarə
edilməsi sinif rəhbəri tərəfindən həyata keçirilir. Sinif rəhbərinin
vəzifəsinə illik, yarımillik və cari planları hazırlamaq, sinif jurnalının yazılması,
şagirdlərin şəxsi işlərinin hazırlanması və saxlanması, lazım gəldikdə
yenilənməsi, tabeliyindəki, sinifdə olan şagirdlərin valideynləri ilə əlaqə
saxlanması, sinif valideyn iclaslarının təşkili, şagirdlərin dərsləri və
təhsili ilə yanaşı onların tərbiyəsi ilə məşğul olmaq və s. işlər daxildir.
Açar sözlər: Sinfin idarə edilməsi, motivasiya, davranış,
şagird, müəllim, təhsil
