Vüsalə Yaşar qızı Ağahüseynova
MƏKTƏBLƏRİN İDARƏ OLUNMASINDA KOUÇLUQ STRATEGİYALARININ ƏHƏMİYYƏTİ
Xülasə. Məqalədə “Məktəblərin idarə olunmasında
kouçluq strategiyalarının əhəmiyyəti” mövzusu araşdırılıb. Təhsil sahəsində
kouçluq metodlarının tətbiqinin məktəb idarəçiliyində və tədris prosesindəki
müsbət təsirlərini vurğulanıb. Həmçinin, məqalədə kouçluq strategiyalarının
məktəb rəhbərləri və müəllimlər üçün liderlik və idarəetmə bacarıqlarını
inkişaf etdirməklə yanaşı şagirdlərin fərdi inkişafına, təhsilin keyfiyyətinə
necə təsir etdiyinə dair əsas fikirlər təqdim olunub.
Kouçluq metodları məktəb rəhbərlərinin daha
səmərəli qərarlar qəbul etməsinə, müəllimlərin peşəkar inkişafını dəstəkləməyə
və şagirdlərə motivasiya verməyə kömək edir. Məqalədə kouçluğun tətbiqi ilə məktəblərdə
əməkdaşlıq mühitinin yaradılması, şagird potensialının aşkar edilməsi və müasir
tədris metodlarının tətbiqi kimi məsələlərə də diqqət çəkilib. Məqalədə
həmçinin kouçluq strategiyalarının məktəb idarəçiliyində qarşılaşılacaq
çətinliklər və bu çətinliklərin həlli yollarını təqdim edilib. Kouçluq metodlarının
təhsil sistemində tətbiqi məktəblərin idarə olunmasında daha müasir və səmərəli
yanaşmalara yol açır, təhsilin keyfiyyətinin yüksəlməsinə və məktəb
mühitində müsbət dəyişikliklərin baş verməsinə şərait yaradır.
Açar
sözlər: kouçluq,
məktəb idarəçiliyi, liderlik, təhsil keyfiyyəti, idarəetmə strategiyaları.
