Gülnarə Nizami qızı İsmayılova
KİMYA FƏNNİNİN TƏDRİSİNDƏ
EKOLOJİ BİLİKLƏRİN ÖYRƏNİLMƏSİNDƏ KİMYA EKSPERİMENTİNİN ROLU
Xülasə. Ekoloji təhsilə ehtiyacın yaranmasının başlıca səbəblərindən biri
insanların yaşadıqları mühitin əlverişli olmasıdır. Ətraf mühitin keyfiyyəti
və ekoloji cəhətdən yararlı olması insanların hüquqlarını və sivilizasiyanın
inkişafında əsas məqsədi müəyyənləşdirir. Məqalədə kimya fənnin tədrisində
şagirdlərdə ekoloji bilikləri formalaşdırmaq və ekoloji aspektdə yeni biliklər
əldə etmək üçün bir sıra məlumatlar verilir. Kimya eksperimentindən istifadə
etməklə yeni bilik əldə olunmasının yolları göstərilir. Bu da onlarda fənnə
olan marağın daha da artmasına imkan yaratmış olur.
Açar sözlər: kimya eksperimenti, batareya
tullantıları, torpaq, ekoloji böhran, ekosistem, monitorinq
