İmran Musa oğlu Kazımov, Qönçə Rövşən qızı Məmişova
MƏKTƏB BİOLOGİYA KURSUNUN TƏDRİSİNDƏ FƏNLƏRARASI İNTEQRASİYANIN
TƏŞKİLİ ÜZRƏ İŞİN SİSTEMİ
Xülasə. Fənlərarası
inteqrasiya bütün fənlərdə olduğu kimi biologiya fənninin tədrisində də olduqca
önəmli yer tutur. Belə ki, tədris zamanı fənlərarası inteqrasiya təmin
olunduqda fənnə aid olan biliklər şagirdlər tərəfindən daha asan mənimsənilir,
uzun müddət yadda qalır. Bununla yanaşı fənlərarası inteqrasiya sayəsində
şagirdlərdə tədqiqatçılıq və elmilik meylləri və məntiq, təfəkkür, ünsiyyət
bacarıqları inkişaf edir. Biologiya fənni həyatla əlaqəli fənn olduğu üçün
bir sıra fənlərlə inteqrasiya edə bilir ki, bunlara coğrafiya, riyaziyyat,
fizika, kimya, tarix, STEAM və s. aiddir. Məqalədə biologiya fənninin adı çəkilən
fənlərlə olan fənlərarası inteqrasiyasını nümunələrlə əsaslandırmağa
çalışmışam.
Açar sözlər: inteqrasiya,
biologiya, fənlərarası, kimya, coğrafiya, riyaziyyat, metodika
