Novruz İsa oğlu Musayev, Aypara İbrahim qızı Həsənova
ORQANİZMİN STASİONAR HALININ TƏNZİMLƏNMƏSİNİN FİZİOLOJİ MEXANİZMLƏRİNİN NƏZƏRİ ƏSASLARI
Xülasə. Orqanizm ancaq onu əhatə edən ətraf mühit maddələri
ilə qarşılıqlı təsirdə mövcud ola bilər. Bu qarşılıqlı təsir vasitəsilə
orqanizm özünü tənzimləyir, təzələyir və mövcudluğunu təmin edir. Müxtəlif funksiyaları
yerinə yetirən orqanizm, xarici mühitə uyğunlaşır və ya mühiti özünün
tələblərinə uyğunlaşdırır. Orqanizmin inkişafı prosesində onun müəyyən
funksiyaları meydana gəlir və onun keyfiyyət və kəmiyyət dəyişiklikləri baş
verir. Ona görə də tədqiqat işlərinin əsas vəzifəsi, o dəyişiklikləri
araşdırmaq və meydana çıxan funksiyaları öyrənməkdir. Məqalə həmin
funksiyaların araşdırılaraq, yerinə yetirilməsi proseslərinin təmin
edilməsinin öyrənilməsinə həsr edilmişdir.
Açar sözlər: orqanizm, canlı, enerji, maddə, proses,
tənzimləmə, mübadilə
