Nigar Ruslan qızı Nəsirova
TƏLƏBƏ QRUPLARINDA QEYDƏ ALINAN ŞƏXSİYYƏT POZUNTULARININ TƏHLİLİ VƏ PSİXOLOJİ YARDIM MEXANİZMİ
Xülasə. Ali məktəb tələbələrinin
sayı, cəmiyyətdəki mövqeyi artan iqtisadi və sosial münasibətlər sferasında
xüsusi bir yerə sahibdir. Onların fizioloji, sosioloji və psixoloji problemlərinin
tədqiqi, öyrənilməsi və vaxtında profilaktik tədbirlərin tətbiqi gələcəkdə daha
effektiv nəticələrə gətirib çıxara bilər. Məhz bu səbəblə qeyd edilən problem
tədqiqat mövzusu olaraq seçilmişdir. Tədqiqat dünyanın müxtəlif ölkələrində təhsil
alan tələbələrin psixoloji sağlamlığında qeydə alınan problemlərə dair nəşr
edilmiş elmi məqalələrin təhlilinə əsaslanır. İlk növbədə qeyd edilən meyar
üzrə məqalələrin araşdırılması aparılmış və təhlil edilmişdir. Toplanmış məqalələrdə
gənc tələbə kollektivlərində müxtəlif davranış pozuntuları, asılılıq yaradan
maddələrdən istifadə halları, emosional sfera pozuntuları, xüsusilə
depressiya və təşviş əlamətləri, eləcə də intihar riskinin qeydə alındığına
rast gəlinmişdir. Müəlliflər problemlərin təhlili və profilaktikası məqsədilə
müxtəlif yanaşmalarla çıxış etmiş və tövsiyələr vermişlər.
Məqalə
elmi materialların, statistik əhəmiyyətli göstəricilərin araşdırılmasına əsaslanır
və bu sahədə tədqiqat aparan şəxslər, pedaqoji heyət və müəllimlər üçün əhəmiyyət
kəsb edə bilər.
Açar sözlər: tələbə qrupları, şəxsiyyət
faktoru, psixoloji sağlamlıq, psixoloji pozuntu, emosional sfera pozuntuları
